AZ

“ATV Plus” cərimə olunub

“ATV Plus” cərimə olunub.

Bu barədə Tribunainfo.az-a Audiovizual Şuradan məlumat verilib.

“Audiovizual Şura tərəfindən aparılan monitoriqlər nəticəsində multipleks operatoru olan “ATV Plus” MMC-nin retranslyasiya paketində buna hüquq verən sənəd olmadan xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanmış və 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilmişdi.

Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə “ATV Plus” MMC qeyd olunan pozuntuya görə 5000 manat cərimə olunub”, – məlumatda qeyd olunub.

Seçilən
23
9
tribunainfo.az

10Mənbələr