İspaniyanın cənub-şərqində tüğyan edən daşqınlar nəticəsində ölənlərin sayı 205 nəfərə çatıb.
APA-nın “Euronews”a istinadən xəbərinə görə, noyabrın 2-dək Krallıq ərazisində ümummilli matəm elan edilib.
Rəsmilər xeyli sayda itkin düşənlərin olduğunu bildirsələr də, onların sayı məlum deyil. O da qeyd olunur ki, dağıdıcı hadisəyə səbəb DANA sinfinə aid olduğu bildirilən güclü qasırğadır.
1957-ci ildən sonra xeyli sayda insanın ölümünə yol açan fəlakət özü ilə hidrometeorologiyada “soyuq damcı” fenomeni kimi tanınan atmosfer hadisəsi də gətirib.
"Cebheinfo.az"