COP29 konfransı ərzində gözlənilən yüksək tələb və sıx uçuş qrafiki səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanının bütün terminallarının tam istifadə olunacağı gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqində dedi.
O qeyd etdi ki, COP29 avtobusları ödənişsiz olacaq.
"Artan ziyarətçi sayını idarə etmək üçün 24/7 fəaliyyət göstərəcək. Terminal 1-in qarşısında yerləşən hava limanı qovşağı, hava limanı ilə Abşeron yarımadası üzrə nəqliyyat qovşaqları arasında hərəkət edən COP29 üçün ayrılmış hava limanı avtobuslarına asan giriş imkanı təmin edir. Hər istiqamət üçün çatma vaxtı 30 dəqiqədir və şəhərə gedən avtobuslar öz marşrutlarını müvafiq qovşağa çatmazdan əvvəl Konfrans Məkanından keçəcək", - deyə o bildirib.