AZ

Xaçmazda günorta saatlarında baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Bu gün günorta saatlarında Xaçmaz şəhər sakini 57 yaşlı İlham Piristan oğlu Rüstəmov işlədiyi müəssisənin qarşısında bıçaqla qətlə yetirilib. Əraziyə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

News24.az Shimal.News-a istinadla bildirir ki, qətlin üstü isti izlərlə açılıb. Hadisəni törədən Şabran rayon sakini, 43 yaşlı Rəhman Arif oğlu Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəyə səbəb İ.Rüstəmovun oğlu Xalid Rüstəmovun Şabran rayon sakini R.Cavadovun qızını boşaması olub. 2022-ci ildə, həmin qızın 16 yaşı olanda X.Rüstəmov onu qaçırıb. Amma 2 il sonra tərəflər arasında yaranan münaqişə ailənin dağılması ilə nəticələnib. Bu isə məsələnin böyüməsi və qətllə nəticələnib.

Qeyd edək ki, qətlə yetirilən İlham Rüstəmov Xaçmaz Kiçik və Orta Biznes (KOB) Evinin əməkdaşı olub.

Hadisənin detalları araşdırılır.


Seçilən
61
5
news24.az

6Mənbələr