“Mançester Yunayted” Ruben Amorimin komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin yayına kimidir. Sözləşmə daha bir mövsüm də uzadıla bilər.
“Mançester Yunayted”in Amorimə görə “Sportinq”ə 10 milyon avro təzminat ödəyəcəyi bildirilir. Məşqçi noyabrın 11-də “mankuniyanlar”ın düşərgəsinə qoşulacaq.
“Sportinq”dən əvvəl Amorim “Braqa”ya rəhbərlik edib. Ümumilikdə o, məşqçi kimi altı kubok qazanıb.