Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanın bir hissəsi çöküb.
Publika.az xəbər verir ki, hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər çərçivəsində baş verib.
Qəza nəticəsində 11 nəfərin həlak olduğu bildirilib.
Əraziyə təcili tibbi yardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyada qatarların hərəkəti dayandırılıb və başqa istiqamətə yönəldilib.