AZ

"Bu müharibəyə görə yalnız Saakaşvili günahkardır"

2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedeyev RT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Gürcüstanın inancı və tarixi birdir.

"Biz tarixən qonşuyuq. Eyni inancımız, eyni tariximiz var. Bu tarix boyu gürcülərə dəfələrlə kömək etmişik. Bəli, bu hadisə olub, amma buna görə məsuliyyət daşıyan başqası deyil, məhz prezidentdir. NATO hərbi blokdur, Avropa İttifaqı kifayət qədər uzaqdadır, ABŞ-ni demirəm hələ... Rusiya isə yaxındır", - deyə Medvedyev vurğulayıb.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə olan zaman Rusiyada prezident vəzifəsini Dmitri Medvedeyev, Gürcüstanda isə Mixeil Saakaşvili tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
13
12
milli.az

5Mənbələr