AZ

İrina Şeyk Lara Kroft obrazını canlandırıb

Supermodel İrina Şeyk Lara Kroft obrazında çəkilib.

hakimiyyet.az xəbər verir ki, o, fotoşəkillərini özünün "Instagram" hesabında paylaşıb.

38 yaşlı İrina Şeyk qızılı toqqalı və kəmərli qara kombinezonda poz verib. O, görünüşünü uzun çəkmələrlə tamamlayıb. Saçlarını hündürdən yığan model "yaş" makiyajdan istifadə edib. Pərəstişkarları onun "Lara Kroft" filmində Ancelina Coliyə çevrilməsinə heyran olublar.

Şərhlərdə "Fatal", "Sən heyrətamiz görünürsən", "Nə rəqəmdir" yazıblar.

Xatırladaq ki, bir neçə həftə əvvəl İrina Şeyk İtaliyanın "Dolce&Gabbana" brendinin reklam kampaniyasında çəkilib. Bu yaxınlarda model həmçinin "Zara"nın yeni reklam kampaniyasının siması olub.

Seçilən
46
2
hakimiyyet.az

8Mənbələr