AZ

Azərbaycanda bu abidə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcək

“Atəşgah məbədi” abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədilə nominasiya sənədi hazırlanacaq.

Bu barədə İqtisadiyyat.az Dövlət Turizm Agentliyindən məlumat əldə edib.

Qeyd edək ki, tarixi mənbələrdə yazıldığına görə, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqəddəs ziyarətgahdır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilib. Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir.

Sahəsi 1368 kvadrat metr, yaxud 0,14 hektar olan «Atəşgah» 1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də 1975-ci ildə bərpa edildikdən sonra Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun (“Şirvanşahlar Sarayı Kompleksi”) filialına çevrilib.

Hazırda Atəşgah məbədi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun özünəməxsusluğu, unikallığı və UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi “Atəşgah məbədi” abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaradıb. Elə buna görə də, dövlətimizin səyi nəticəsində “Atəşgah məbədi” 30 sentyabr 1998-ci ildən mədəni irs nümunəsi kimi "gücləndirilmiş mühafizə" statusu verilib və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.

 

Seçilən
62
iqtisadiyyat.az

1Mənbələr