AZ

110 min manat qiyməti olan lüks elektromobil yanıb

İngiltərədə bir ailə lüks elektrik avtomobili evlərinin qarşısında şarj edərkən maşın partlayıb.

Skott və Corcina Baylis cütlüyünün EQA model avtomobili evin qarşısında əvvəlcə yanmağa başlayıb, daha sonra isə partlayıb.

Yanğın qısa zamanda qaraja keçib və evin ön hissəsində yerləşən yataq otağını tüstü basıb.

Mütəxəssislər 2022 model avtomobilin akkumulyatorunda 'termal sızma' olduğunu düşünürlər. “Mersedes-Benz”in Böyük Britaniya sözçüsü hadisəni araşdırdıqlarını və ailəyə müvəqqəti avtomobil veriləcəyini açıqlayıb. Ailə isə bir daha “Mersedes” sürmək istəmədiklərini bildirib.

Maşının ümumi dəyərinin 50 min funt-sterlinq (təxminən 110 min AZN) olduğu bildirilir.

Oxuməni.az

Seçilən
29
12
oxumeni.az

10Mənbələr