AZ

TƏCİLİ: Kiyevdə PARTLAYIŞLAR baş verir, əhali SIĞINACAQLARA çağırıldı - CANLI

Noyabrın 2-də səhər saatlarında Kiyevdə partlayış baş verib. Ukraynanın "Zerkalo Nedeli" nəşri öz Teleqram kanalında məlumat yayıb.

Məlumata görə, Kiyevin Solomenski və Svyatoşinski rayonlarında partlayış səsləri eşidilib. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Rusiya qoşunları Donbasda hücuma keçib. Bu hücumun ümumi cəbhəsi 70 km-dir. Finlandiyalı hərbi ekspert Emil Kastehelmi deyib. O qeyd edib ki, ruslar son günlər Donetsk vilayətinin Uqledar, Kuraxovo və Selidovo ərazilərində irəliləyişlərini gücləndiriblər. Kastehelmi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, artıq bir neçə gün ərzində 100-dən çox toqquşma baş verib.

Ekspert bunu Rusiyanın vahid genişmiqyaslı hücumunun bir hissəsi hesab edir:

"Ruslar bu yaxınlarda Donetskin şərqində və cənubunda 70 km genişlikdə cəbhədə böyük bir hücuma keçdilər. Bu zərbə cəmi bir neçə gün ərzində bir çox bölgələrdə Ukrayna müdafiəsini yarıb. Ümumi vəziyyət çox narahatedicidir və ukraynalılar tükəniblər. Qarşıdan gələn qış çətin keçəcək".

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla söhbətləşir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Seçilən
42
musavat.com

1Mənbələr