Türkiyə Superliqasının X turundakı "Qalatasaray" - "Beşiktaş" oyununu idarə etmiş baş hakim Arda Kardeşler 4-6 həftə matçlara təyinat almayacaq.
"Far.Az" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Fərhat Gündoğdu açıqlamasında bildirib.
O, ədalət təmsilçisinin İstanbul derbisində səkkiz səhv etdiyini vurğulayıb.
"Biz bunları daxildə dəyərləndirdik. Nəyisə nəzərdən qaçırmamaq üçün UEFA-dakı şəxslərə də göndərdir. Dəstək olmaq üçün dünən ona zəng etdim. Səhv qərarlar verdiyinin fərqindədir və məyus olduğunu söylədi".
Qeyd edək ki, "Qalatasaray" sözügedən matçda rəqibini 2:1 hesabı ilə məğlub.