AZ

Kürəkəninə ev verən qayınata öz evindən oldu – VİDEO

70 yaşlı Bakı sakini Fikrət Məmmədov artıq 4 aydır ki küçədə gecələməyə məcbur qalıb.

Bizim.Media xəbər verir ki, o, Bakının Xəzər rayonu, Qala kəndində yerləşən evindən kürəkəni və qızı tərəfindən qovub.
 

70 yaşlı F.Məmmədov evi olmadığı üçün qızının ailəsi ilə birgə onun evində yaşamasına icazə verib. Lakin sonrada onunla kürəkəni arasında münasibətlər korlandığı üçün, öz evindən qovulub. İndi isə qızı, kürəkəni və nəvəsi onu evə buraxmaq istəmirlər.


Məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti qocaya məhkəməyə müraciət etməyi məsləhət görüb.

“Faktla bağlı cinayət işinin başlanmasından imtina edilib, iş mülki xarakter daşıdığından onun məhkəməyə müraciət etməsi lazımdır”, - Daxili İşlər Nazirliyindən bildirilib.

Daha ətraflı “Real TV”nin videosüjetində:



Bizim.Media

Seçilən
29
bizim.media

1Mənbələr