AZ

ADY-nın adından dələduzluq: Saxta kart "satılır"

ADY-nın adından sosial şəbəkələrdə dələduzluq halları müşahidə olunur. 

Milli.Az xəbər verir ki, paylaşımlarda bir sıra hədiyyələr təklif olunaraq vətəndaşlardan saxta keçidə daxil olmaq xahiş olunur.

Vətəndaşlardan bu kimi hallara qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, həmçinin hər hansı bir qurumun adından kampaniya tipli məlumatlarla qarşılaşdıqda, məlumatın doğruluğunu birbaşa həmin qurumun özündən dəqiqləşdirmək tövsiyə olunur. 

İlqar Şabanov
Milli.Az

Seçilən
31
milli.az

1Mənbələr