Bakıda yeniyetmələr mağazadan oğurluq edib.
Bu barədə Day.Az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən mağazada satıcı işləyən şəxsin gödəkcəsindən 200 dollar və bank kartları oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.