AZ

İran Milli Təhlükəsizlik Şurasından kritik qərar: İsrailə hərbi cavab verilsin!

İran Ali Milli Təhlükəsizlik Şurasının üzvləri İsrailə hərbi cavab verilməsinə dair qərar qəbul ediblər.

Modern.az xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Esmail Kosari “Didban İran” qəzetinə müsahibəsində bildirib.

Bununla yanaşı, Kosari bu yaxınlarda xarici mediada yer alan, İranın yaxın gələcəkdə müəyyən vaxtda zərbə endirəcəyinə dair məlumatları təkzib edib.

"İranın İsrailin təcavüzünə cavabı bizim üçün aydın şəkildə müəyyən edilmiş qanun məsələsidir və necə davam edəcəyi plandan asılıdır. Onun vaxtı və məqsədləri də planlaşdıranların ixtiyarına verilib".

Bundan əvvəl “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən xəbər vermişdi ki, İran yaxın günlərdə İraqdan İsrailə hücum etmək niyyətindədir, hücum ABŞ-da prezident seçkiləri öncəsi baş verəcək.
 

Seçilən
27
1
modern.az

2Mənbələr