AZ

İranın Milli Təhlükəsizlik Şurası İsrailə cavab vermək qərarına gəlib

İranın Ali Milli Təhlükəsizlik Şurası oktyabrın sonunda İsrailə zərbəyə görə cavab vermək qərarına gəlib.

Bu barədə Didban İrana Məclisin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari bildirib.

“Sionist rejimə hərbi cavab qərarı verilib”, – deyə o bildirib.

Kosari vurğulayıb ki, İslam Respublikasının cavabı əvvəlkilərdən daha güclü olacaq. Qeyd olunur ki, cavab zərbəsinə Müqavimət Oxunun qüvvələri cəlb olunacaq.

Bundan əvvəl İranın ali lideri Əli Xamneyi ABŞ və İsraili İrana qarşı hərəkətlərinə sarsıdıcı cavab verəcəkləri ilə hədələyib.

DOĞRU.AZ

Seçilən
78
18
dogru.az

10Mənbələr