AZ

ADY yaşıl dünya naminə kütləvi iməcilik keçirib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) COP29-a hazırlıq çərçivəsində noyabrın 2-də Bakı şəhəri üzrə dəmir yolunun təhkim zolaqlarında kütləvi iməcilik aksiyası keçirib.

SİA xəbər verir ki, ADY-dənbildirilib ki, Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəri stansiyaları üzrə təşkil olunmuş iməcilikdə ADY-nin struktur bölmələri və törəmə təşkilatlarının əməkdaşları iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar ərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq və ağacların diblərinin yumşaldılması kimi işləri yerinə yetirib, dəmiryol xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantılarını təmizləyiblər.

Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsinə münasibəti dəyişmək, ekoloji problemlərə diqqət çəkmək və təbiəti qorumağın vacibliyini vurğulamaqdır.

Toplanmış tullantı aidiyyəti üzrə təhvil verilib.

Seçilən
30
12
sia.az

10Mənbələr