AZ

Bakıda 64 yaşlı kişi özünü asdı... REANİMASİYADADIR

Paytaxtın Sabunçu rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

APA bildirir ki, hadisə Binə qəsəbəsində baş verib.

1960-ci il təvəllüdlü Hacıbala Hacı oğlu Qasımov yaşadığı evin yataq otağında özünü asıb.

Ailə üzvləri dərhal H.Qasımovu xilas edərək xəstəxanaya çatdırıblar.

Həkimlərin verdiyi məlumata görə, intihara cəhd edən şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
11
korrespondent.az

10Mənbələr