AZ

Rusiya qalib gəlsə, AB ölkələrini nə gözləyir? - Hesabat

Ukraynaya dəstək vermək Avropaya sərf edir. Çünki Rusiya qalib gəlsə, Avropa ölkələrinin xərcləri indiki yardım xərclərindən qat-qat çox olacaq.

Axar.az xəbər verir ki, bu barədə Qlobal İqtisadiyyat İnstitutunun hesabatında qeyd olunub.

“Məsələn, müharibənin əvvəlindən Almaniya Ukraynaya ümumilikdə 10,6 milyard avro (ölkə ÜDM-nin təxminən 0,1%-i) məbləğində hərbi yardım göstərib. Dəstəyin dayandırılması Rusiyanın qələbəsinə, Almaniyanın özünün müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artmasına, qaçqın axınına və Ukrayna ilə ticarət və investisiyaların itirilməsinə səbəb olacaq.

Belə bir ssenaridə Almaniyanın illik xərcləri ÜDM-in 1-2%-i arasında olacaq ki, bu da Ukraynaya hazırkı hərbi dəstəkdən təxminən 10-20 dəfə çoxdur”, - hesabatda qeyd olunub.

Seçilən
73
50
axar.az

10Mənbələr