İsrail son 24 saatda Livana 109, 8 oktyabr 2023-cü ildən isə 11 min 876 hava hücumu həyata edib.
Livanın rəsmi informasiya agentliyi NNA-nın xəbərində İsrailin hücumları və ölkədəki vəziyyətlə bağlı Livanın Ətraf Mühit Nazirliyinin hesabatı yer alıb.
Hesabata görə, İsrail ordusu 2 oktyarda Livanın cənub və şərq bölgələrinə 109 hava hücumu edib, 8 oktyabr 2023-cü ildən bu yana isə bu hücumların sayı 11 min 876-ya yüksəlib.
İsrail ordusunun hücumları ilə əlaqədar məcburi köçkünlər üçün 1133 sığınacaq mərkəzi açılıb və onlara indiyədək 190 min 83 nəfər yerləşdirilib.
Bombardmanlar üzündən köç dalğaları davam edir.
Livan Təhlükəsizlik Baş İdarəsinin məlumatlarına görə, 23 sentyabr - 2 noyabr tarixləri arasında 539 min 164 nəfər Livandan Suriyaya keçib. Bunlardan 361 min 300-ü Suriya, 177 min 864 nəfəri isə Livan vətəndaşıdır.
İsrailin 8 oktyabr 2023-cü ildən bəri Livana etdiyi hücumlarda 2968 adam həyatını itirib, 13.319 nəfər isə yaralanıb.
Digər tərəfdən, Livanın Baş naziri Nəcib Mikati ölkənin şimalında dənizə girərək Livan vətəndaşının qaçırıldığı ilə bağlı Xarici işlər naziri Abdullah Buhabibə BMT Təhlükəsizlik Şurasına şikayətetmə təlimatı verib. O, Şemal əyalətinin Betrun rayonunda İmad Emhez adlı livanlının qaçırılması hadisəsilə bağlı Livanın Baş Qərargah rəisi Cozef Aun (Joseph Avn) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Livan Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNİFİL) komandirləri ilə danışıb. UNİFIL komandirləri Mikatiyə lazımi araşdırmanın aparıldığını və ordu ilə koordinasiyanın qurulduğunu bildiriblər.