AZ

Erməni müğənni Azərbaycan musiqisini BELƏ TƏHQİR ETDİ - VİDEO

Erməni müğənni Artur Xaçents uşaqlar üçün təşkil etdiyi studiya turu zamanı qalmaqallı və təxribatçı bir hərəkətə yol verib. 

Qlobal.net xəbər verir ki, o, studiyada uşaqlara Azərbaycan musiqisi ilə əlaqəli olan vinil diskin üzərinə çıxmağı. Bu hərəkət Azərbaycan musiqisi və mədəniyyətinə qarşı hörmətsizlik kimi qiymətləndirilir və iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da qızışdıra bilər.

 

Sosial mediada və bəzi xəbər portallarında yayılan bu məlumat ictimaiyyət arasında geniş rezonans doğurub. Azərbaycan tərəfi bu cür davranışların sülh və əməkdaşlıq istiqamətində atılan addımlara zidd olduğunu və regionda qarşıdurmanın alovlanmasına xidmət etdiyini vurğulayıb.

Mütəxəssislər bildirirlər ki, mədəniyyət və musiqi insanların bir-birini anlaması və sülhə çağırış etməsi üçün bir vasitə olmalıdır, əksinə, bu cür addımlar təxribatçı xarakter daşıyır və düşmənçiliyi dərinləşdirir. Azərbaycan ictimaiyyəti və mədəniyyət xadimləri bu hərəkəti qınayaraq, regional barışıq və mədəniyyətlərarası dialoqun zəruriliyini vurğulayıblar. (Musavat.com)

Seçilən
54
7
turanpress.com

10Mənbələr