AZ

Lukaşenko: “Bizim vətəndaşlar cənnətdə yaşayır”

Dünyanın yaşayış tərzi ilə müqayisədə belaruslular cənnətdə yaşayırlar. 

“Cebheinfo.az” TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Onlar necə oğurlayırlar, ölkələri necə talayırlar, insanları necə məhv edirlər, çünki onların dəri rəngi fərqlidir və torpaqlarında sərvət var",- deyə Prezident digər ölkələrdəki həyatı şərh edib. Eyni zamanda, Lukaşenkonun sözlərinə görə, Belarus çörək ölkəsi və sülh ərazisidir.

Dövlət başçısı belarusluları öz torpaqlarının qayğısına qalmağa çağırıb. O, həmçinin sülh və əmin-amanlığın qorunub saxlanmasına görə respublika sakinlərinə minnətdarlığını bildirib.

Eyni zamanda Lukaşenko Belarusda diktaturanın mövcudluğunu etiraf edib. Bununla belə, o deyib ki, söhbət sabitlik, təhlükəsizlik, asayiş, xeyirxahlıq və ədalət diktaturasından gedir.

Seçilən
45
cebheinfo.az

1Mənbələr