Noyabrın 2-də çinli tennisçi Cen Tsinven Ər-Riyadda keçirilən WTA Finalının startında Arina Sabalenkaya məğlub olub.
"Ölkə.az" xəbər verir ki, görüşdən sonra jurnalistlər Cendən WTA Finallarına gələn və hətta Paolini-Rıbakina matçının püşkatma mərasimini keçirən Neymarla şəklinin olub-olmadığını soruşdular.
“Onunla şəklim yoxdur, amma deyəsən bütün komandamın var. Fitnes məşqçisi ilə məşq edirdim və düşündüm: “Komandam haradadır? Yaxşı, Neymarla şəkil çəkdirirlər!
Nə deyim… O, inanılmaz futbolçudur, amma mənim komandam onunla daha çox maraqlanır, nəinki mənimlə”, – deyə Tsinven bildirib.(publika.az)