AZ

Ərdoğan COP29-da iştirak etmək üçün Bakıya gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gələcək.

Demokrat.az
Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə liderinin noyabr ayında nəzərdə tutulan səfərlərinin proqramında bildirilir.

Məlumata əsasən, Türkiyə Prezidenti 11-12 noyabr tarixlərində COP29-da iştirak etmək üçün Bakıda olacaq.

Qeyd edilir ki, konfransda Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən "Sıfır Tullantı Layihəsi" çərçivəsində bəzi tədbirlərin təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Seçilən
37
32
demokrat.az

10Mənbələr