AZ

Karqo şirkətinin ofisinə silahlı hücum; 1 milyon avroluq məhsul oğurlanıb

İtaliyanın Piaçenza şəhərində silahlı şəxslər DHL karqo şirkətinin ofisinə hücum ediblər.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, şirkətin ofisini qarət edən silahlı dəstə üzvləri anbardan və yük maşınlarından külli miqdarda dəyərli texnoloji məhsullar oğurlayıblar. Silahlı şəxslər hadisə yerindən qaçan zaman dəstənin digər üzvləri əraziyə giriş-çıxış yollarında saxladıqları oğurlanmış avtomobilləri və mikroavtobusları yandırıblar.

Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb, dəstə üzvlərinin axtarışları davam edir.

Anbardan və yük maşınlarından oğurlanan məhsulların dəyərinin azı bir milyon avro olduğu bildirilir.

Seçilən
37
5
avtosfer.az

9Mənbələr