AZ

İspaniya Kralını Valensiyada fitə basıb, üstünə palçıq atıblar - VİDEO

Bu gün İspaniya Kralı VI Filipp daşqına məruz qalan Valensiyaya səfər edib.

APA-nın xəbərinə görə, yerli sakinlər və könüllülər VI Filippi fitə basıb, üstünə palçıq və əşyalar ataraq “Qatillər!” və digər təhqiramiz şüarlar səsləndiriblər.

Kraliça Letizianın da üzərinə palçıq atılıb.

VI Filippi qorumağa çalışan mühafizəçilərin bir neçəsi könüllülər tərəfindən döyülüb. İspaniya Kralının sakinlər və könüllülərlə dialoq qurmaq cəhdi də nəticə verməyib.

Qeyd edək ki, daşqınlar nəticəsində Valensiyada ölənlərin sayı 214 nəfərə çatıb.

"Cebheinfo.az"

Seçilən
25
6
cebheinfo.az

8Mənbələr