AZ

İraqda da zəlzələ baş verdi

İraqın Şexan, Nineviya bölgəsində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.

Yerin 13,17 km dərinliyində meydana gələn təkanlar Türkiyənin Hakkari vilayətinin Çukurca ilçəsində də hiss edilib.

Qeyd edək ki, bundan öncə Yunanıstan sahillərində də 5,3 maqnitudalı güclü zəlzələ baş vermişdi.

Seçilən
41
1
axar.az

3Mənbələr