AZ

Moldovada prezident seçkilərində səsvermə başa çatdı

Moldovada prezident seçkilərinin ikinci turu zamanı seçki məntəqələri bağlanıb.

Teleqraf.com xəbər verir ki,yerli vaxtla saat 07:00-da 2,2 mindən çox seçki məntəqəsi açılıb. Daha 200-dən çox səsvermə yeri xaricdə fəaliyyət göstərib.

Moldova Mərkəzi Seçki Komissiyasının saytında verilən məlumata görə, yerli vaxtla saat 20:50-yə olan seçici fəallığı 54 faizi ötüb. Prosedurda 1,6 milyondan çox vətəndaş iştirak edib.

Prezident seçkilərində Avropaya inteqrasiya tərəfdarı və respublikanın hazırkı prezidenti Maia Sandu və Moldova Respublikası Sosialistlər Partiyasının (PSRM) namizədi, keçmiş baş prokuror Aleksandru Stoyanoqlo iştirak ediblər.


Müəllif: Teleqraf.com
Seçilən
79
50
teleqraf.com

10Mənbələr