AZ

Maralların buynuzu buna görə tökülürmüş

Təbiətdə bir çox canlı ilin müəyyən dövrlərində fiziki dəyişikliklər yaşayır. Lakin maralların buynuz tökmə dövrü bu dəyişikliklər arasında ən diqqətçəkənlərdən biridir.

Marallar (xüsusilə erkəklər) buynuzlarını yalnız bəzək üçün daşımırlar.

Qlobal.net bildirir ki, erkək marallar arasında hakimiyyət qurmaq bu güclü buynuzlar sayəsində mümkündür.

Xüsusilə cütləşmə dövründə erkək marallar dişiləri cəlb etmək və digər erkəklər üzərində üstünlük qazanmaq üçün buynuzlarından istifadə edirlər.

Buynuzlar, dişi marallara erkəyin nə qədər sağlam və güclü olduğunu göstərən bir işarədir. Genetik baxımdan üstün olan, yaxşı qidalanan və yaşca irəliləmiş erkəklərin buynuzları adətən daha böyük və görkəmli olur.

Bu da dişi marallara həmin erkəklə cütləşmənin sağlam nəsil vermə şansını artırdığını izah edir. Lakin hər il yenidən böyüyən bu buynuzlar çox miqdarda enerji və qida tələb edir.

Buynuzların böyüməsi adətən yazın əvvəlində, günlərin uzanması və havaların istiləşməsi ilə başlayır. Başlanğıcda buynuzlar yumşaq bir dəri qatı ilə örtülür.

Bu dəri qatı sürətlə böyüyən sümük toxumasına qan və qida təmin edir. Payızın əvvəlində isə erkək maralların testosteron səviyyəsi yüksəlir və bu, buynuzların sərtləşməsinə səbəb olur.

Dəri qatı quruyub töküldükdə maralların buynuzları tam mənada bir silaha çevrilir.

Cütləşmə dövrü boyunca buynuzlar maralların ən vacib güc göstəricisi və müdafiə vasitəsi kimi çıxış edir. Lakin bu mövsüm başa çatdıqda, hormon səviyyələrində baş verən dəyişikliklə buynuzlar bir-bir tökülməyə başlayır. Bəzən dekabrda başlayan bu proses mart ayına qədər davam edə bilər.

Seçilən
32
qlobal.net

1Mənbələr