AZ

Bəzi rayonlarda qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub.

Korrespondent.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 4-ü saat 8:00-a olan məlumatında belə deyilir.

Xidmətin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır.

O qeyd edib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-da 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edib.

“Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 9, Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb.

Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək”.

Seçilən
21
49
korrespondent.az

10Mənbələr