AZ

Rusiyadan qalmaqallı Türkiyə iddiası: Ankaradan izahat istədilər

Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyi (Rospotrebnadzor) Türkiyədə istirahət edən rus turistlərin virusa yoluxduğunu iddia edərək Ankaradan izahat istəyib.

Publika.az xəbər verir ki, agentlik rusiyalı turistlərin “naməlum virus” şikayətləri ilə bağlı Türkiyə Səhiyyə Nazirliyinə müraciət edib.

Rospotrebnadzor məsələnin ciddi nəzarət altında olduğunu vurğulayaraq, turistlərə profilaktik tədbirlər çərçivəsində gigiyena tədbirlərinə də laqeyd qalmamağı xatırladıb.

Rusiya səlahiyyətliləri ictimai yerlərdə, yeməkdən əvvəl və tualetə getdikdən sonra əlləri yaxşıca yumağı, qaynadılmış sudan istifadə etməyi, meyvə və tərəvəzləri bu şəkildə təmizləməyi tövsiyə edib. Həmçinin bildirilib ki, tənəffüs yolu və ya bağırsaq infeksiyası əlamətləri olan insanlarla təmasdan çəkinmək məsləhət görülüb.

Seçilən
42
1
publika.az

2Mənbələr