AZ

Həbs edilən generalla bağlı yeni detallar

Həbs ediən generalla bağlı yeni detallar açıqlanıb

Xəbər verdiyimiz kimi, Moskvada Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev həbs edilib. O, tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) rüşvət tələb etməkdə günahlandırılır.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, general Mirzə Mirzəyev 267 may 1972-ci ildə anadan olub. O, 2006-cı ildə Sankt Peterburqda Rusiya Müdafiə Nazirliyinin ordu generalı A.V.Xurulyov adına Təchizat və Nəqliyyat Hərbi Akademiyasını bitirib.
2015-ci ildə Mirzə Mirzəyev Stavropol diyarında Budennovsk Dumasına deputat seçkilərinə namizədliyini irəli sürüb. Dana sonra şəhərin hərbi hissələrindən birində çalışıb.

Zaur, BakuPost
Seçilən
65
1
bakupost.az

2Mənbələr