İsrail BMT Baş Assambleyasının prezidenti Filemon Yanqa BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ilə əməkdaşlığı dayandırdığını bildirib.
Axar.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon açıqlayıb.
“Qəzzadakı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi HƏMAS-ın nəzarətindədir. İsrail humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək, İsrailə qarşı terroru təşviq edən təşkilatlarla deyil”, - o bildirib.