Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Milli.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II mərhələsinin cavab oyunları çərçivəsində noyabrın 6-da keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Betis" (İspaniya) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, Almatı şəhərində yerləşən "Kayrat" akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.
Milli.Az