AZ

450 milyon yaşı olan qızıl böcək tapılıb

450

Arxeoloqlar əqrəb və hörümçəklərin 450 milyon illik "qohumu"-nu aşkar ediblər.

Reyting.az
-ın məlumatına görə, paleontoloqlar Nyu-Yorkun mərkəzindəki boş torpaq ərazisində 450 milyon il əvvəl uzanılı vəziyyətdə qızıl qatının altında basdırılmış şəkildə qalan çox qədim, həmdə qeyri-adi növ olan böcəyin qalıqlarını tapıblar.

Bu yeni növün "Lomankus edgecombei" və yaxud at nalı xərçəngləri, həmçinin əqrəblərlə, hörümçəklərlə, eləcə də digər oxşar növlərlə uzaq qohumluq əlaqələrinin olduğu düşünülür.

Alimlərin fikrincə, başqa meqaçeiralar kimi, yenicə üzə çıxan bu böcək növünün də xüsusi bədən quruluşu, daha doğrusu, qədim böcəyin naviqasiya məqsədilə, həmçinin qida əldə etməyə köməklik göstərən uzun bayraqlı ön ayaqları olub.



"Lomancus" fosillərinin parlaq qızılı rəngi məxluqun qalıqlarını, yumşaq toxumasını qoruyub saxlayan pirit, yaxud da "axmaq qızılı" təbəqələri ilə bağlıdır.

Nyu-York şəhərinin yaxınlığında yerləşən və piritlə çox zəngin olan Biçer yatağının ərazisi unikal detalları keyfiyyətli şəkildə qorumağı bacaran, mineralların tədricən üzvi maddələri əvəz etdiyi ideal bir mühit olduğunu çoxdan sübuta yetirib.

Tədqiqatçılar qeyd ediblər ki, bu qiymətli tapıntı həm elm aləminə maraqlı bilgilər, həm də okeanlarda həyat təkamülü haqqında qiymətli məlumatlar verir.

Yel Peabodi Muzeyinin kuratoru, bu tədqiqatın həmmüəllifi Dereka Briqqs deyib ki, həşəratın toxumalarının sürətlə əvəzlənməsi həm qədim böcəkdəki anatomik detallarını qoruyub saxlamasını, həm də Biçer Formasiyasının unikal xüsusiyyətə malik olduğunu göstərir.

Qədim böcək qalıqları üzərində aparılmış bu tədqiqatın digər həmmüəllifi, Oksford Universitetinin dosenti Lyuk Perri bildirib ki, xüsusi ön ayaqlar buğumayaqlılara bir çox əhəmiyyətli üstünlük verir. Belə çıxır ki, bu cür üzvlər, bioloji cəhətdən İsveçrə bıçağıkimi, ətraf mühiti hiss etmək, həm də ovlamaq üçün uyğunlaşdırılıb.

Bu qədim böcək meqaçeyraların çoxunun nəsli kəsilmiş Ordovik dövründə belə sərt okean şəraitində, hətta buzlu sularda da sağ qala bilən növlər içərisində ən böyük müqavimətə malik nadir nümunələrdən biridir.

Müəyyən dövr ərzində belə böcəklərin tədricən qızılı rəngi əxz etməsinin izahı hələ də yoxdur.

Meqaçeyra sinfindən olan bu qızılı rəngli böcək nəsli kəsilmiş dəniz artropodları sinfinə aiddir. Həşəratın təsnifatı əslində tam aydın da deyil. Bəzi alimlərə görə, bu heyvanları xərçəngkimilər sinfinə, digər elm adamlarının fikrincə, xeliseratlara aid etmək olar. Bir qrup tədqiqatçı isə ehtimal edir ki, qədim böcəyi "Proschizoramia" qrupuna və ya da Araxnomorplar ailəsinə aid etmək mümkündür.

Tədqiqatçılar bildiriblər ki, 450 milyon il əvvəl yaşamış və qızıl qatında daşlaşıb qalan, eləcə də qızılı rəngə boyanan belə bir nadir növün tapılması elm aləmində ilk yenilikdir.

Oqtay QORÇU
Seçilən
22
reyting.az

1Mənbələr