AZ

Məhkəmə “Sipark İnşaat”la bağlı nə qərar verəcək?

“Sipark İnşaat” şirkəti ilə bağlı məhkəməyə müraciətlər artır. Şirkətlə bağlı başladılmış növbəti işə dekabr ayında baxılacaq.

Tribunainfo.az xəbər verir ki, “Sipark İnşaat”a qarşı iddianı bu dəfə Səmədov Fərid Əzizalı oğlu qaldırıb. İşin mahiyyəti mülki işdir. İddiaçı “Sipark İnşaat”dan qanunsuz apardığı tikilinin sökülməsini tələb edir.

Nərimanov rayon məhkəməsində baxılan işlə bağlı növbəti proses 4 dekabr tarixində keçiriləcək. İş hakim Ramin Quliyevin icraatındadır.

Qeyd edək ki, Bakının müxtəlif ərazilərində binalar inşa edən “Sipark İnşaat”ın rəhbəri Seymur İsayevdir.

Tərəfləri dinləməyə hazırıq.

Roman

Seçilən
14
tribunainfo.az

1Mənbələr