AZ

Bakıda restoranların dövriyyəsi 10%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsi 1146,3 milyon manat olub.

FED.az xəbər verir ki, bu barədə Bakı Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,1% çoxdur.

Hesabat dövründə hüquqi şəxslərin tərəfindən ictimai iaşə dövriyyəsi 664,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58%-ni təşkil edib.

Seçilən
3
2
fed.az

5Mənbələr