Milli Məclisin iclası zamanı bəzi sakinlər, o cümlədən dağ kəndlərində yaşayan vətəndaşlar üçün qaz və elektrik limitinin ləğv edilməsi məsələsi müzakirəyə çıxarılıb.BAKU.WS-in məlumatına görə, belə bir təkliflə deputat Əli Məsimli çıxış edib.Millət vəkili bildirib ki, dağ kəndlərində hava soyuq keçdiyi üçün qazdan istifadə çoxalır və limitin tətbiq olunması vətəndaşların büdcəsinə ziyandır:"Qaz və eleketrik enerjisi limiti məsələsinin aradan qaldırılmasını vacib hesab edirəm. Fikrimcə, bu dövlətə maliyyə yükü olmayacaq. Sadəcə dağ kəndlərində yaşayanların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru çox yaxşı addım olacaq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta