AZ

Almaniya təhlükə altındadır: qarşısı alınmasa...

Almaniyada doğum nisbəti əhəmiyyətli dərəcədə azalıb. Bu nisbətin orta hesabla 1,35 səviyyəsinə düşməsi ilə əlaqədar ekspertlər siyasətçilərə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar İnstitutu araşdırma aparıb.

Müəyyən edilib ki, hazırda qadınlar orta hesabla 1,58 deyil, 1,35 uşaq dünyaya gətirirlər. 2011-2016-cı illər arasında uşaqlı ailələrə daha yaxşı şəraitin təmin edilməsi və immiqrasiyanın təsiri ilə orta göstəricinin artdığı, lakin son illərdə azalmağa başladığı bildirilib.

"Hazırda bir qadına cəmi 1,35 uşaq düşürsə, 2021-ci ildə bu göstərici 1,58 idi. Doğum davranışı "əhəmiyyətli dərəcədə" dəyişib. Koronavirus böhranı, Ukraynada müharibənin başlaması və yüksək inflyasiya səbəbindən real gəlirlərin azalması bir çox gənc ailələri uşaq sahibi olmaq istəyini təxirə salmağa təşviq edib”, - deyə İnstitutun direktoru Yoahim Raqnits bildirib.

Seçilən
26
publika.az

1Mənbələr