AZ

Gürcüstan parlamentinin sədrindən Aİ və ABŞ-ın tənqidlərinə REAKSİYA

"Onlar (Avropa İttifaqı və ABŞ nəzərdə tutulur - red.) tənqidlərini dayandırsalar, bizim tərəfdən də heç bir reaksiya olmayacaq".

Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu  Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ və ABŞ-ın tənqidlərinə münasibət bildirərkən deyib.

"Biz heç nəyə başlamamışıq. Hər bir tənqidin öz reaksiyası var. Bu tənqidlərin müəllifləri bəzi avropalı siyasətçilərdir. Onlar aydın olmayan siyasi məqsədlərinin əvəzinə Avropa dəyərlərinə söykənsələr, o zaman normal münasibətlərimiz yaranacaq", deyə o, qeyd edib.

Bizim.Media

Seçilən
18
bizim.media

1Mənbələr