AZ

"Sandunun qələbəsi Qərbi daha bir ciddi məğlubiyyətdən xilas etdi" - ŞƏRH

Moldovanın hazırkı lideri Maya Sandu prezident seçkilərinin ikinci turunda qalib gəldiyini bəyan edib. İlk turda o, 42 faiz, rəqibi, keçmiş prokuror Stoyanoqlo isə 26 faiz səs toplamışdı. Ötən gecə məntəqələrin 98 faizində səslərin hesablanmış nəticələrinə görə, Maya Sandu 55 faizdən çox səs toplayaraq rəqibini azı 10 faiz üstələyib. Qeyd edək ki, Sandu Moldovanın Avropa və NATO ilə inteqrasiyasının açıq siyasət aparan tərəfdarı kimi tanınır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Sandunun əsas vəzifəsi ölkəsini Avropa İttifaqına üzv etmək və əhalinin sosial -iqtisadi inkişafına nail olmaqdır. Onun sözlərinə görə, hazırkı prezident həmçinin ölkəsinin təhlükəsizliyini təmin etməklə, Rusiyanın təsirlərini zəiflətməlidir:

 

“İkinci turda Moldova vətəndaşları qərbyönümlü siyasətə üstünlük verməklə, əslində ölkənin Avropa İttifaqına üzvlüyünə səs verdilər. Digər tərəfdən, Qərb siyasətçiləri demək olar, Rusiya lideri Vladimir Putinin hədələlərindən qorxurlar. Putin Ukrayna müharibəsində Qərb liderlərləri üzərində psixoloji qələbə əldə edib. Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron onun qarşısında qətiyyətsiz davranış nümayiş etdirirlər. Böyük Britaniya bir qədər geri çəkilib. Moldovanın xanım Prezidenti Maya Sandu isə Qərb liderlərindən fərqli olaraq, qətiyyətli davranış nümayiş etdirir”.

 

Ekspert qeyd etdi ki, Rusiyanın  Moldovada prezident seçkilərində dəstək verdiyi Stoyanoqlo ikinci turda məğlub oldu:

 

“Moskva Moldovada milyonlarla vəsait xərcləmişdi. Bu ölkəni yenidən öz təsir dairəsinə salmaq üçün hərbi vasitələr istisna olmaqla, bütün mümkün imkanlardan istifadə etdi. Nəticədə xalq öz sözünü dedi. Hazırda Rusiya Qaqauziya Muxtariyyətində və Dnsetryanı separatçı bölgəsində öz təsirini saxlayır. Gürcüstandakı seçkilərdən sonra Moldovada da Moskva yönümlü siyasətçi qalib gəlsə idi, Qərb ciddi məğlubiyyətlə üzləşə bilərdi”.

 

Günay 

Seçilən
93
37
sfera.az

10Mənbələr