Aparıcı Aytən Səfərova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Qlobal.net xəbər verir ki, aparıcı gil yediyi görüntüləri izləyiciləri ilə bölüşüb.
"Heç vaxt düşünməzdim ki, bunu edəcəyəm. Görəndə həmin insanları az qala lağa qoyurdum. Amma, doğrudan da, bəzən orqanizmi dinləyəndə aptekdəki dərmanı yox, məhz bunu tapıb qəbul etmək məcburiyyətindəsən. Sizcə, bu, nədir? Siz indiyədək "əndirəbadi" nə yemisiniz?" deyə, o, paylaşımında yazıb.
Aparıcının görüntüləri müzakirə yaradıb. Bəziləri ondan bunu nə üçün etdiyini soruşub. O isə cavabında orqanizmində kalsium və dəmir çatışmazlığı olduğunu bildirib. (yenisabah.az)