Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının “Toyota” markalı avtomobilindən 5000 manat dəyərində kompüter oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı R.Quliyev və 38 yaşlı V.Əskərov müəyyən olunaraq saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Araşdırma aparılır.