AZ

Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində görkəmli sənətkar, unudulmaz müğənni, Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək. Muğam Mərkəzindən SİA-ya bildirilib ki, gecədə vaxtilə Şövkət Ələkbərovanın repertuarında yer almış xalq və bəstəkar mahnılarını tanınmış incəsənət nümayəndələri ifa edəcəklər.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir-duasına alan Ş.Ələkbərova ömrünün sonunadək bənzərsiz ifaları ilə özünü sübut etməklə yanaşı, mədəniyyətimizə əsl sənətkar kimi xidmət göstərib.

“Dərələr”, “Ağ çiçəyim”, “Bir könül sındırmışam”, “Gedək üzü küləyə”, “Ağlaya-ağlaya”, “Haradasan”, “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq vəhdət təşkil edib. Elə buna görə də, müğənninin mahnıları ürəklərə yol taparaq yaddaşlarda dərin iz buraxıb.

Seçilən
43
sia.az

1Mənbələr