AZ

Tik tok ailə dəyərlərimizə və mənəviyyatımıza "od qoyur"...

Əsas məqsədləri yeniyetmə və gəncləri azərbaycançılıq dəyərlərindən uzaqlaşdırıb məhv etməkdir

Artıq son bir neçə ildir ki, sosial şəbəkə seqmentində mənəvi dəyərlərimizin açıq şəkildə, bilə-bilə məhv edilməsi, xüsusilə yeniyetmə və gənclərin milli dəyərlərimiz daban-dabana zidd olan proseslərə alət edilməsi barədə haqlı etirazlar durmadan artır. Nəzarətsiz poliqona çevrilmiş sosial şəbəkələr bu gün milli dəyərlərimiz üçün bir nömrəli təhlükə kimi baş qaldırıb. Jurnalist-ekspert Mətləb Salahov “Baki-xeber.com”a açıqlamasında bildirib ki, nəzarətsiz və təhlükəli xarakter alan sosial şəbəkə platforması elə təhlükəli həddə çatıb ki, artıq məsələ milli təhlükəsizlik problemi həddinə çatıb: “buartıq milli genefonumuzun məhv edilməsi ilə müqayisə olunacaq vəziyyətdir.

Xüsusilə Tik tok platformasında milli dəyərlərimizin tam əksinə olaraq yeniyetmə və gənclərimizin cinsi azlıqlara alışdırılması, əxlaq yoxsulu olan şəxslərin bilərəkdən “məşhurlaşdırılması” kimi təhlükəli siyasət aparılır. Bu sosial platformada “məşhurlaşan” cinsi azlıqların maddi imkanları gözə soxulur, onlara “hədiyyə” edilən maşın, mənzil və digər bahalı əşyalar gənclərin diqqətini cəlb etmək üçün xüsusi video çarxlarla reklam olunur. Bununla da yeniyetmə və gənclərin bu tiplərə pərəstiş etmələri və “rahat həyat yolunu” seçmələri üçün iyrənc siyasət həyata keçirilir Açıq şəkildə sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır. Əsas məqsədləri yeniyetmə və gəncləri azərbaycançılıq dəyərlərindən uzaqlaşdırıb məhv etməkdir. Təəsüf ki, cəmiyyətin ziyalı qismi nədənsə bu barədə ancaq susmağa üstünlük verir.

"Artıq məsələ milli təhlükəsizlik problemi həddinə çatıb"

Bu azmış kimi, Azərbaycançılıq dəyərləri, xüsusilə min illərdir bizimlə yol gələn ailə institutmuz da bu gün hədəf halındadır. Ailə dəyərlərimizi gözdən salmaq, milli kimliyimizin əsas göstəricisi sayılan adət və ənənələrimizi “köhnəlmiş” adı ilə yaddaşlardan silmək üçün, əsasən də gənclərin şüuruni zəhərləmək üçün sosial şəbəkələr durmadan çalışırlar. Artıq dünyanın ən inkişaf etmiş ölkələrində tik tok sosial şəbəkəsi ilə bağlı ciddi məhdudlaşdırıcı qərarlar qəbul olunur. Son olaraq ABŞ, Böyük Britaniya, Finlandiya kimi qabaqcıl Qərb ölkələri bu sosial şəbəkə seqmentinin yeniyetmə və gənclər üçün ciddi təhlükə mənbəyinə çevrildiyini əsas gətirirək tik toku öz ölkılərində məhdudlaşdırır, ya da yeniyetmələrin bu sosial şəbəkədən istifadəsinə qadağalar qoyurlar. Amma min dəfə təəsüf olsun ki, bu sosial şəbəkələr Azərbaycanda “at oynadır”, yeniyetmə və gənclərin beynini zəhərləməkdə davam edirlər.
Artıq bu nəzarətsiz poliqon o həddə həyasızlaşıb ki, ciddi medianın yerinə keçməyə belə həvəslənib. İndi bir çoxları sosial şəbəkə dedi-qodularını “sosial media” kimi cəmiyyətə sırımağa çalışırlar. Əslində peşəkar mətbuatın xəbərçilik vəinformasiya sürətində “axsaması” da bu qüvvələrin əlinə əlavə bəhanələr verir. Düzdür, ciddi media xəbər ardıcıllığı və informasiya çevikliyində gecikir, bu etiraf olunası haldır. Amma bir fakt da real həqiqətdir ki, sosial şəbəkələri “sosial media” kimi tanıtmağa və qəbul etdirməyə çalışanlar da bədniyyətli qüvvələrdir. Axı vaxtilə iki nəfərin bir-biri ilə, yaxud qrup halında məktublaşması jurnalistika sayılmadığı kimi, indiki halda, sosial şəbəkədəki şəxsi yazışma, xəbərləşmə də media sayıla bilməz. Hər iki fəaliyyətin ortaq tərəfi informasiya yayımıdır. Peşəkar media yaydığı informasiyaya görə cəmiyyət qarşısında əxlaqi və hüquqi məsuliyyət daşısa da, sosial şəbəkələr hələlik bu tələblərə məhəl qoymur. Bütün bunlara görə sosial şəbəkə cəmiyyətin “dördüncü hakimiyyət” statusunu etibar etdiyi mötəbər yayım vasitəsi - media sayıla bilməz. Görünür bu fikri ictimai rəyə sırımaqla həm də peşəkar medianı daha da hörmətdən salmağa çalışırlar. Açıq qeyd edirəm ki, yaxın bir zamanda Azərbaycanda sosial şəbəkə seqmentinin fəaliyyətini nizamlayan məhdudlaşdırıcı qanun qəbul edilməsə, vəziyyət arzuolunmaz və dəhşətli həddə çatacaq.”

Seçilən
46
1
sia.az

2Mənbələr