AZ

Razılaşmanın pozulmasının səbəbi üzə çıxdı - AFFA işini bərk tutmayıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının Belarusdakı təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.

Öncəki anlaşmaya əsasən, millimiz Bedarusda təlim-məşq toplanışı keçməli, noyabrın 16-da və 19-da yoldaşlıq görüşünə çıxmalı idi.

Bu səfərdən öncə AFFA rəhbərliyində fikir ayrılığı yaranıb. Texniki direktor Cahangir Həsənzadə millinin Belarusa yollanmasının əleyhinə çıxıb.

O, Avropa çempionatının seçmə mərhələsində biabırçı çıxışın futbolçulara pis təsirini və Samir Əliyevin müqavilə müddətinin bitməsini əsas gətirib.

Bildirib ki, bu matçlar komandaya yaxşı mənada heç nə qazandırmayacaq.

İcraçı vitse-prezident və baş katib Sərxan Hacıyev isə bunu bunları başa düşdüyünü, ancaq Belarus Futbol Federasiyası ilə daha öncədən danışıqlar aparıb razılıq əldə etdiklərini söyləyib: «Onlar mənim dostlarımdır. Sözümüzü geri götürə bilmərik».

Bəs nə oldu da, AFFA son anda planını dəyişdi? Belarus səfərinin ertələnməsi həmin tarixdə Bakıda keçiriləcək COP-29 beynəlxalq tədbiri ilə əlaqədardır.

O ərəfədə paytaxtımıza onminlərlə müsafir gələcəyindən, təyyarə reyslərində sıxlığın yaranacağı bilinib. AFFA öncədən bunu nəzərə almayıb.

SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr