AZ

Britaniya insan alveri ilə mübarizəyə əlavə 75 milyon funt sterlinq ayıracaq

Britaniyanın Baş naziri Kir Starmer insan qaçaqmalçılığı ilə məşğul olan dəstələrlə mübarizə üçün əlavə 75 milyon funt sterlinq ayıracaq.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallıqda ilk dəfə keçiriləcək 92-ci İnterpol Baş Assambleyası zamanı Kir Starmer sərhəd təhlükəsizliyinə yeni yanaşma nümayiş etdirmək niyyətindədir və bu tədbir çərçivəsində dünyanı insan alverinin ciddiliyinə qarşı fəal mübarizəyə çağıracaq.

İnterpol Baş Assambleyası noyabrın 4-7-də Şotlandiyanın Qlazqo şəhərində təşkil edilir.

Qeyd edək ki, təkcə oktyabr ayında 5 mindən çox insan qaçaq yollarla La-Manş kanalından Britaniyaya keçib. Baş nazirin açıqlamasından sonra müxalifətdə olan Mühafizəkarlar Partiyası bu məbləğin kanal keçidlərini təhlükəli şəkildə keçən miqrantları dayandıracaq təsirə malik olmadığını irəli sürüb.

Kir Starmer La-Manşdan qanunsuz keçidlərin qarşısını almaq üçün əvvəlki Mühafizəkar hökumətin hazırladığı Ruanda deportasiya planını ləğv etmişdi.

Seçilən
39
yeniazerbaycan.com

1Mənbələr