AZ

Fransada dövlət xəstəxanaları tətil edirlər

Fransada

Fransada 4 həmkarlar ittifaqı təşkilatının (CGT, FO, Unsa, Sud Santé) çağırışı ilə xəstəxana işçiləri dekabrın 21-dək davam edəcək tətilə başlayıblar. Milli Assambleyada sosial təminatın maliyyələşdirilməsinə dair qanun layihəsinin bu gün başlayan müzakirələrinin sonunadək davam edəcəyi bildirilir. Həmkarlar ittifaqı təşkilatları dövlət xəstəxanaları üçün büdcənin artırılmasını, sosial təminatın maliyyələşdirilməsinə dair qanun layihəsinin ləğv edilməsini tələb edirlər.

Həmkarlar ittifaqları səhiyyə işçilərinin tətilinin uzun müddət davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Səhiyyə üzrə həmkarlar ittifaqları dövlət işçilərinin məzuniyyətinin ödənilmə müddətində edilən dəyişikliklə razılaşmırlar. Həmkarlar ittifaqları dövlət xəstəxanaları üçün daha çox vəsait tələb edirlər, tibbi işçilərin ixtisara salınmasına etirazlarını bildirirlər.

Qeyd edək ki, Milli Assambleyada sosial təminatın maliyyələşdirilməsinə dair qanun layihəsinin müzakirələri bu gün başlayıb.

Seçilən
21
14
xalqcebhesi.az

10Mənbələr