AZ

Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır

Bakı. Trend:

Mastercard və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasındaəməkdaşlıq çərçivəsində fintex startaplarına iqlim dəyişikliyi iləbağlı həllər yaratmaq üçün çağırış edən “Sustainability SandboxHackathon” virtual müsabiqəsinə start verilir. Tədbir 2024-cü ilBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı(COP29) ilə eyni vaxta təsadüf edir və karbon emissiyalarınınizlənməsi və ESG həllərinə köklənir.

Noyabrın 14-dən 18-dək davam edəcək hakaton fintexinnovatorlarına öz həllərini maliyyə və dövlət sektorunu təmsiledən liderlərə təqdim etmək şansı yaradacaq. Qalib gələn layihələr“Mastercard’s Sandbox as a Service” platforması üzərindən genişauditoriyanın qarşısına çıxa biləcəklər.

“Bu hakaton startaplara təsirli iqlim həlləri yaratmağaimkan verir, həmçinin Mastercard-ın hər kəsin öz potensialını açabiləcəyi inklüziv, dayanıqlı rəqəmsal iqtisadiyyat qurmaqöhdəliyini gücləndirir”, - Mastercard-ın Türkiyə və Azərbaycanüzrə Baş Direktoru Avşar Gürdal bildirir.

Hakatona qoşulmaq istəyən fintex startapları 6 noyabrtarixinədək bulink üzərindən qısa təkliflərini təqdim edə bilərlər. Dahaətraflı məlumat üçün: [email protected].

Seçilən
27
7
az.trend.az

9Mənbələr